Azərbaycan prezidenti Avstraliya parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Avstraliya parlamentinin nümayəndə heyətini qəbul edib
# 01 noyabr 2015 15:33 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkinsin başçılıq etdiyi Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun işini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirən İ. Əliyev qrupun fəaliyyətinin ikitərəfli əlaqələrimizin gücləndirilməsində vacib rol oynadığını qeyd edib.

Avstraliyada fəal azərbaycanlı icmasının yaşadığını deyən dövlət başçısı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında iştirakı zamanı onlarla keçirdiyi görüşü xatırlayıb. Avstraliyada Azərbaycan səfirliyinin artıq bir neçə ildir ki, fəaliyyət göstərdiyini deyən prezident İlham Əliyev ölkəmizin Avstraliya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.

Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun tərkibində fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd edən L. Simpkins Azərbaycanın iqtisadi və sosial sahələrdə, demokratiyanın inkişafı istiqamətində əldə etdiyi uğurların böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, müşahidə apardıqları məntəqələrdə seçkilərin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini qeyd edib. Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Azərbaycanda sürətli inkişaf proseslərinin getdiyini deyib, ölkəmizin yerləşdiyi mürəkkəb regionda bu cür nailiyyətlər əldə etməsinin önəmini vurğulayıb, bu barədə Avstraliya ictimaiyyətini məlumatlandırmağın əhəmiyyətini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR