Finlandiyanın baş naziri: “Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməsi gözlənilmir”

Finlandiyanın baş naziri: “Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməsi gözlənilmir”
# 30 avqust 2014 12:28 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Avropa İttifaqının (Aİ) bu gün keçiriləcək növbədənkənar sammitində Rusiyaya qarşı yeni sanksiyaların qəbulu gözlənilmir.

APA-nın “İTAR-TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə Finlandiyanın baş naziri Aleksander Stubb bildirib.

Onun sözlərinə görə, sammitdə Rusiyanın Ukraynadakı fəaliyyəti müzakirə olunacaq, lakin yeni sanksiyalar barədə qərar qəbul edilməyəcək.

Qeyd edək ki, Aİ-yə daxil olan 28 ölkənin hökumət nümayəndələri Brüsseldə Ukraynadakı vəziyyəti və Aİ-nin strukturu ilə bağlı məsələləri müzakirə etməyə toplaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR