Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısı keçiriləcək

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısı keçiriləcək
# 16 dekabr 2014 14:32 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Dekabrın 22-də Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurası, Xarici İşlər Nazirləri Şurası və üzv ölkələrin milli təhlükəsizlik şuraları katibləri Komitəsinin birgə toplantısı keçiriləcək. APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, toplantıda qurumun baş katibi Nikolay Bordyujanın məruzə ilə çıxış etməsi nəzərdə tutulub.

İştitrakçılar təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının dekabrın 23-də keçiriləcək iclasının gündəliyini müzakirə edəcəklər. Bundan başqa, 2015-ci ildə təşkilata rəhbərlik edəcək Tacikistan fəaliyyətinin prioritetlərini təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR