Rumıniyada keçirilən prezident seçkilərində qalib gələn olmayıb - VİDEO

Rumıniyada keçirilən prezident seçkilərində qalib gələn olmayıb - <span style="color: red;">VİDEO
# 03 noyabr 2014 07:26 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Rumıniya Mərkəzi Seçki Bürosu açıqlama yayıb.

V.Pontaya seçicilərin 39,6%-i səs verib. Onun milli liberallardan olan rəqibi, Sibiu şəhərinin meri Klaus Yohannis 30,2% səsini toplayıb. Digər namizədlər 7%-dən çox səs toplaya bilməməklə seçicilərin lazımi dəstəyini ala bilməyib. Beləliklə, seçkilərin birinci turunda qələbə üçün lazım olan 50% səsi toplaya bilmədiklərinə görə V.Ponta və K.Yohannis noyabrın 16-da keçiriləcək ikinci turda yenidən qarşılaşmalı olacaqlar.

Rumıniyanın hazırkı prezidenti Trayan Basesku üçüncü müddətə namizədliyini irəli sürmək hüququna malik olmayıb. Onunla baş nazir arasında münasibətlər gərgindir. Seçki kampaniyası zamanı T.Basesku V.Pontanı casus adlandırıb.

Qeyd edək ki, Rumıniya Avropa İttifaqında Bolqarıstandan sonra ikinci kasıb ölkədir. Əhalinin 40%-i hesab edir ki, onlar kommunistlər dövründə daha yaxşı yaşayırdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR