Elsevər Ağayev: “Yaponiya, Almaniya, Türkiyə, İran, Rusiya şirkətləri Azərbaycanda dərman zavodları qurmaq niyyətindədir”

Elsevər Ağayev: “Yaponiya, Almaniya, Türkiyə, İran, Rusiya şirkətləri Azərbaycanda dərman zavodları qurmaq niyyətindədir”
# 08 sentyabr 2016 11:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda əczaçılıq sənayesinin inkişafı ilə əlaqədar dövlət başçısının tapşırığı var. İqtisadiyyat Nazirliyi bu sahədə fəaliyyət göstərir, bu məsələdə Səhiyyə Nazirliyi də kömək göstərir”.


APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E. Ağayev bildirib ki, Azərbaycan xarici ölkələrin əczaçılıq şirkətlərinin ölkənin əczaçılıq sənayesinə sərmayə qoymasında maraqlıdır: “Ancaq niyyət hələ bunun həyata keçməsi demək deyil. Yaponiyadan böyük bir əczaçılıq şirkətini təmsil edən nümayəndə heyəti Azərbaycan gəlmişdi. Bu məsələ Yaponiya ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın iclasında müzakirə olunub. İstərdik ki, onların Azərbaycanda dərman müəssisəsi qurmaq niyyətləri reallaşsın. Eyni zamanda, Rusiya, İran, Almaniya, Türkiyə şirkətlərinin Azərbaycanda dərman zavodları qurmaq niyyətləri var. Ancaq bunu o zaman həyata keçmiş sayacağıq ki, gəlib zavodun təməlini qoysunlar və işə başlasınlar. Səhiyyənin bu prosesdə işi sondadır. Yəni bu sahədə icazələrdən söhbət gedir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR