Rusiyalı məşqçi: “Azərbaycan klubu ilə anlaşa bilərəm”

Rusiyalı məşqçi: “Azərbaycan klubu ilə anlaşa bilərəm”
# 17 dekabr 2014 15:06 (UTC +04:00)

“Ölkə xaricindən, konkret Azərbaycan Premyer Liqasından təklif almışam. Klubun adını hələ açıqlaya bilmərəm”. Apasport.az xəbər verir ki, bu sözləri Rusiyanın “Amkar” klubunun sabiq baş məşqçisi Rüstəm Xuzin deyib.

42 yaşlı mütəxəssis danışıq apardığı Azərbaycan klubu ilə məsələlərin həll olmaq üzrə olduğunu bildirib: “Həmin klub rəhbərliyi ilə danışığımız belə oldu ki, Yeni il öncəsi zəngləşək. Çox maraqlı təklifdi. Komanda yeni və gəncdi. Yaxşı fikirləşmək lazımdı”.

Qeyd edək ki, Rüstəm Xuzin məşqçilik karyerasına “Rubin”in aşağı yaş qrupunda başlayıb. PRO kateqoriyalı mütəxəssis 2012-13-cü illərdə “Amkar”ın, 2013-14-cü illərdə isə “Nefteximik”in əsas komandasını çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR