Zaqataladan Mingəçevirə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı ikiyə çatıb.
APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri, 54 yaşlı Rəhilə Mikayılova orada ölüb.
Məlumata görə, xəsarət alanlar arasında iki azyaşlı və onların anası da var. Mingəçevir sakinləri - 2017-ci il təvəllüdlü Həmzəyeva Əsmanur, onun bacısı, 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya, onların anası - 1985-ci il təvəllüdlü Mələk Həmzəyeva cərrahiyyə şöbəsinə yerləşdirilib.
***
11:25
Zaqataladan Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.
İdarəetmədən çıxan “Mercedes” markalı mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə mikrovatobusun sürücüsü, Zaqatala rayonunun Qanqax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb.
Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.
Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.