Azərbaycan banklarında depozitlərin 81%-i xarici valyutada yerləşdirilib

Azərbaycan banklarında depozitlərin 81%-i xarici valyutada yerləşdirilib
# 11 iyul 2016 09:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2016-cı il iyunun 1-nə 23 mlrd. 148,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 mlrd. 572,8 mln. manat və ya 24,6% çoxdur. O cümlədən, aprel ayı ilə müqayisədə mayda depozitlərin həcmi 590 mln. manat və ya 2,61% artıb.

Depozitlərin tərkibində 7,566 mlrd. manatı və ya 32,7%-i ev təsərrüfatları əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2015-ci il iyunun 1-nə nisbətən 35,1 mln. manat və ya 0,46% azalıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin mayın 1-nə 15 mlrd. 582,1 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 4 mlrd. 607,9 mln. manat və ya 42% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 6 mlrd. 221,6 mln. manatı və ya 39,9%-i maliyyə təşkilatların depozitlərinin, 9 mlrd. 360,5 mln. manatı və ya 60,1%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

Yerli banklarda depozitlərin 4 milyard 450,8 milyonu (19,2%) manatla, 18 milyard 697,2 milyonu (80,8) isə xarici valyutada yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR