® Readit.az və “Ulduzum” proqramı ilə kitabları 50% endirimlə oxumaq mümkündür

<font color=red>® </font> Readit.az və “Ulduzum” proqramı ilə kitabları 50% endirimlə oxumaq mümkündür
# 09 sentyabr 2016 10:19 (UTC +04:00)

Ən məşhur və vacib kitabları qısa məzmunda Azərbaycan oxucularına çatdıran www.readit.az saytı oxucularını sevindirməkdə davam edir. Sayt bu gündən etibarən “AzəriCard” ödəniş sisteminə qoşularaq sizin ödənişlərinizi daha rahat, təhlükəsiz, həm də manatla qəbul edəcək. Bundan başqa, oxucular “Readit” və “Bakcell”in “Ulduzum” proqramı ilə əməkdaşlıq çərçivəsində 50 % endirim ala bilərlər. 50% endirimdən yararlanmaq üçün aşağıdakı təlimatdan istifadə olunmalıdır:

1. Sizə uyğun abunə paketini seçin. http://readit.az/az/subscribe/private

2. Ödəniş bölməsinə keçdikdən sonra, “Ulduzum” kodunu əldə etməlisiniz (yalnız “Bakcell” abunəçiləri üçün). Bunun üçün:

- “1” yazıb 5555 qısa nömrəsinə SMS göndərin və proqrama qoşulun. SMS pulsuzdur.

- *5555#YES yığın və ya “*” yazıb 5555 qısa nömrəsinə SMS göndərin və 4 rəqəmli şifrə alın. SMS-in qiyməti 0,03 manat.

3. Aldığınız şifrəni “Ulduzum” promo şifrə xanasına qeyd edin və “endirim al” düyməsinə vurun.

4. Təbriklər  Siz 50% endirim əldə etdiniz.

5. Endirimli qiymətlə ödənişə davam etmək üçün “Ödə” düyməsini vuraraq “AzəriCard” ödəniş sisteminin səhifəsinə keçid alacaqsınız. Ödəniş etdikdən sonra sizin “Readit” kitabxanasına girişiniz açılacaq.

Məsələn, siz www.readit.az saytına 1 aylıq abunə olmaq istəyirsiniz. Abunə paketinin qiyməti 8,90 manatdır. “Ulduzum” promo şifrəsi ilə siz bu paketi cəmi 4,45 manata əldə edə bilərsiniz. Bu sərfəli təkliflə siz kitabxanada olan bütün kitabların qısa məzmununa giriş hüququ alacaqsınız.

Readit.az saytı qeyri bədii ədəbiyyatın elektron formatda “tez və rahat” oxumağa imkan verən Azərbaycanın ilk və yeganə internet layihəsidir. Saytın unikallığı və aktuallığı ondan ibarətdir ki, oxucular nəinki lazımi biznes və ya digər qeyri bədii ədəbiyyatının axtarışına vaxt sərf etməyəcək, ən əsası onun oxunmasına sərf olunan vaxta qənaət edəcək. Təsəvvür edin ki, cüzi məbləğ ödəməklə siz oxunması vacib olan ən məşhur kitabların qısa məzmununu 4 dildə əldə edəcəksiniz. Qeyd edilməlidir ki, kitabxanada olan bir çox kitablar Azərbaycan dilində heç vaxt çap olunmayıb.

www.Readit.az layihəsində təqdim olunan kateqoriyalara əsaslanaraq demək mümkündür ki, xidmət ilk növbədə, bütün menecer və rəhbərlər, bugünkü və gələcək sahibkarlar, əməkdaşlarının peşəkar və şəxsi inkişafına dəyər verən şirkətlər və müvafiq profilli ali məktəb tələbələri üçün nəzərdə tutulub. Layihə həmçinin dünyagörüşünü artırmaq istəyən savadlı şəxslər və ya sadəcə işgüzar dilini inkişaf etdirmək istəyənlər üçün də ideal vasitədir.

Qeyd edək ki, 2,1 mln. nəfərdən çox abunəçisi və 180-dən çox tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və “Ulduzum” proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir.

“Ulduzum” proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilən “Bakcell” “Ulduzum” proqramını (həm iOS, həm də Android platforması) www.ulduzum.az keçidindən istifadə edərək yükləmək olar. Bu proqramı yükləməklə abunəçilər tərəfdaş siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın olan tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR