Bank Of Baku

Yəmən Ordusu beynəlxalq ictimaiyyəti Bab əl-Məndəb boğazının husilərdən azad olunmasına kömək etməyə çağırıb

Yəmən Ordusu beynəlxalq ictimaiyyəti Bab əl-Məndəb boğazının husilərdən azad olunmasına kömək etməyə çağırıb
# 15 noyabr 2026 12:32 (UTC +04:00)

Yəmən Ordusu beynəlxalq ictimaiyyəti Bab əl-Məndəb boğazının husilərdən azad olunmasına kömək etməyə çağırıb.

“Al Jazeera” xəbər verir ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinin tabeliyindəki ordunun sözçüsü polkovnik Məcid əl-Nuzeyli Bab əl-Məndəb boğazının beynəlxalq gəmiçilik və ticarət üçün əhəmiyyətini vurğulayıb.

Polkovnik Məcid əl-Nuzeyli “Bab əl-Məndəb boğazının və qərb sahilinin azad edilməsinin Yəmən Silahlı Qüvvələrinin ayrılmaz hüququ” olduğunu qeyd edib. O, cənub qüvvələrinin müvəqqəti paytaxt Ədənin və digər cənub quberniyalarının qorunmasında, eləcə də Taiz şəhərinin mühasirəsinin yarılmasına yönələn səylərdəki rolunu yüksək qiymətləndirib.

Əl-Nuzeylinin sözlərinə görə, Taizin husilərin mühasirəsindən çıxarılması istiqamətində səylər kritik bir dövrdə “milli vəzifə”dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR