Bank Of Baku

Pakistan ordusu 34 talibançını zərərsizləşdirib

Pakistan ordusu 34 talibançını zərərsizləşdirib
# 26 mart 2010 22:42 (UTC +04:00)
Bakı–APA. Pakistan ordusunun cümə günü ölkənin şimal-qərbindəki təqribən 150 talibançının olduğu hərbi-nəzarət məntəqəsinə hücumu nəticəsində ən azı 34 yaraqlı məhv edilib. Bu barədə APA “Reuters” agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Pakistanın Əfqanıstanla sərhəddə yerləşən yeddi qəbilə regionundan biri olan Orakzai bölgəsində son aylarda Cənubi Vəziristandakı istehkamlarından qovulan yaraqlıların hücumları intensivləşib. Son hücumda təxminən 150 Taliban əsgəri Orakzidəki nəzarət məntəqələrinə hücum edib.
“Onlar üç tərəfdən hücum ediblər və hücum təxminən üç saat davam edib. Hücum zamanı bir yüksək rütbəli zabit və təhlükəsizlik qüvvələrinin daha dörd əsgəri qətlə yetirilib”, - deyə dövlət rəsmisi Xaista Rehman bildirib.
Onun sözlərinə görə, “təhlükəsizlik qüvvələri əks-hücuma başlayaraq 24 yaraqlını zərərsizləşdirib, amma ölənlərin sayının 30-dan artıq olacağı istisna deyil”.
Digər dövlət rəsmisi Mohammad Əsgər Xanın sözlərinə görə, hərbi hava qüvvələrinə məxsus reaktiv təyyarələr və döyüş vertolyotlarının Orakzainin müxtəlif hissələrindəki şübhəli daldalanacaqlarına hava hücumu zamanı daha 10 yaraqlı məhv edilib.
Qeyd edək ki, Taliban qiyamçıları ABŞ tərəfindən dəstəklənən və əhali arasında populyar olmayan prezident Asif Əli Zardai hökumətini devirməyin yollarını axtarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR