Bank Of Baku

İraqdakı partlayışlarda 42 nəfər həlak olub

İraqdakı partlayışlarda 42 nəfər həlak olub
# 27 mart 2010 04:28 (UTC +04:00)
Bakı-APA. 7 mart parlament seçkilərinin ilkin nəticələrinin açıqlanması ərəfəsində İraqın əhalisi əsasən sünnilərdən ibarət Diyala vilayətində iki bombanın partlaması nəticəsində 42 nəfər həlak olub, 65 nəfər yaralanıb. Bu barədə APA “Reuters”ə istinadən xəbər verir.
Polisin verdiyi məlumata görə, avtomobilə və yol kənarına quraşdırılan bombalar Bağdaddan 80 kilometr aralıda yerləşən Xalis şəhərində işə düşüb.
Qeyd edək ki, İraqın Müstəqil Yüksək Seçki Şurası (IMYSŞ) cümə günü axşam səsvermənin nəticələrini açıqlamalı idi. Seçkilərdən 19 gün sonra İraqlılar ümid edirdilər ki, təriqətlər arasında illərlə davam edən müharibədən sonra vəziyyət sabitləşəcək.
Xatırladaq ki, parlament seçkilərində İraqın keçmiş baş naziri Ayyad Alauinin tərəfdarları qələbə qazanaraq parlamentdə 91 yer alıblar. Hazırkı hökumət başçısı Nuri əl-Malikinin tərəfdarları isə parlamentdə 89 yerə sahib çıxsalar da, Maliki səslərin yenidən hesablanmasını tələb edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR