Bank Of Baku

İraqda keçirilən parlament seçkilərində müxalifət qalib gəlib

İraqda keçirilən parlament seçkilərində müxalifət qalib gəlib
# 27 mart 2010 07:30 (UTC +04:00)
APA-nın AFP-yə istinadən məlumatına görə, səsvermənin rəsmi nəticələri açıqlandıqdan sonra Əlləvinin blokunun parlamentdə 91 yer qazandığı bəlli olub. Bu, indiki baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Qanun dövləti” blokunun qazandığı 89 mandatdan 2 yer çoxdur.

Üçüncü yeri İraq Milli Alyansı tutub – 70 yer. İki kürd blokunun birləşdiyi “Kurdistaniya” bloku isə 43 yer qazana bilib. Ümumilikdə İraq parlamentində 325 deputat yeri var.

İyad Əlləvi artıq yeni hökumətin formalaşdırılması üçün digər siyasi qüvvələrlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bunun üçün ona ən azı 136 deputatı əhatə edən koalisiya qurmaq lazımdır. Əgər 30 gün ərzində Əlləvi yeni hökuməti formalaşdıra bilməsə, deputatların seçdiyi İraq prezidenti bunu digər blokun liderinə həvalə edəcək.

Qeyd edək ki, 7 mart seçkilərində seçicilərin aktivliyi 62% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR