Bank Of Baku

İranlı deputat Təbrizlə Bakını birləşdirəcək magistral yolun çəkilməsini təklif edib - FOTO

İranlı deputat Təbrizlə Bakını birləşdirəcək magistral yolun çəkilməsini təklif edib - <font color=red>FOTO</font>
# 29 mart 2010 14:28 (UTC +04:00)
Bakı.Süleyman Fərzəliyev-APA. Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərindən olan millət vəkili Ərsəlan Fəthipur Horand şəhər camaatı ilə görüşdə Arasbaran və Horand şəhərlərinin inkişafını və açıq şəhərə çevrilməsini Təbriz-Bakı magistral yolunun istifadəyə verilməsində gördüyünü bildirib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə millət vəkili Təbriz-Bakı magistral yolunun çəkiləcəyi təqdirdə bu yolun üzərində olan İran şəhərləri inkişaf edəcəyini, onların Qafqaza, eləcə də Orta Asiya ölkələrinə çıxışının asanlaşacağını deyib. Ə. Fəthipur bu yolun inşasının zəruri olduğunu və beynəlmiləl tranzit bir yol olacağını deyib. O bildirib ki, Arasbaran və Azərbaycan sərhədində, eləcə də İranın Xudafərin məntəqəsində azad ticarət mərkəzinin yaradılması dövlətin gələcəkdə gerçəkləşdirmək istədiyi proqramlarındandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR