Bank Of Baku

Filippində YNH zamanı 1 nəfər həlak olub, təxminən 50 nəfər yaralanıb

Filippində YNH zamanı 1 nəfər həlak olub, təxminən 50 nəfər yaralanıb
# 01 aprel 2010 05:01 (UTC +04:00)
Bakı-APA. Çərşənbə günü Fillipinin Batanqas vilayətində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub və 48 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir.

Yerli polis nümayəndəsinin sözlərinə görə, Kuilo kəndi yaxınlığında yük maşını sərnişin avtobusunun yoluna girib.

Yük maşınının sürücüsü hadisə yerində keçinib, avtobusun 48 nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib və onu da qeyd etmək lazımdır ki, yaralılardan 16-sı ağır vəziyyətdədir.

Polis baş vermiş hadisəni araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR