Bank Of Baku

İranın sabiq vitse-prezidenti Hüseyn Məraşi yenidən həbsxanaya göndərilib

İranın sabiq vitse-prezidenti Hüseyn Məraşi yenidən həbsxanaya göndərilib
# 05 aprel 2010 22:25 (UTC +04:00)
Bakı-APA. İran mediasının bildirdyinə görə, sabiq prezident Əkbər Haşemi Rəfsəncaniyə yaxın sabiq vitse-prezident Hüseyn Məraşi yenidən həbsxanaya göndərilib. Məraşıyə Novruz bayramını ailəsi ilə birlidə keçirmək üçün müvəqqəti olaraq həbsxanadan çıxmağa icazə verilmişdi.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, keçən ilin iyun ayındakı prezident seçkiləri zamanı İslam respublikasına qarşı propaqanda aparmaq ittihamı ilə üzləşən Hüseyn Məraşini keçən ay İranın apelyasiya məhkəməsi bir il müddətinə həbs cəzasına məhkum edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR