Bank Of Baku

YouTube-da İraqda jurnalistlərin güllələnməsi barədə video yayılıb

YouTube-da İraqda jurnalistlərin güllələnməsi barədə video yayılıb
# 06 aprel 2010 03:24 (UTC +04:00)
Bakı-APA. İnternetdə Amerika hərbçilərinin iraqlı jurnalistləri öldürməsi barədə videorolik yayılıb. WikiLeaks resursu 2007-ci il iyulun 12-də baş vermiş hadisələr barədə süjeti YouTube-a yerləşdirib. Video «Collateral Murder» («Müşayiət qətli») adlanır.

17 dəqiqəlik rolik Bağdad rayonlarından birində reyd keçirən ABŞ vertolyotundan çəkilib. Amerika hərbçiləri bir qrup insan görürlər və onları qiyamçı zənn edərək atəşə tuturlar.

Nəticədə atəşə məruz qalanların əksəriyyəti həlak olur. Hadisə yerinə yaxınlaşan mikroavbousun sərnişinləri yaralılara kömək etmək istəyirlər, lakin vertolyot yenidən hadisə yerinə qayıdaraq mikroavtobusu sərnişinlərini də məhv edir.

Öldürülənlərdən ikisinin - fotoqraf Namir Nur-Əldin və onun sürücüsü Səid Şmahın Reuters-ə işlədikləri və yaraqlılara heç bir aidiyyatı olmadıqları artıq sübut edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR