Bank Of Baku

Ramin Mehman-Pərəst: "Tehran danışıqlara hazırdır, lakin İranın nüvə proqramı ətrafında müzakirələr "bitmiş məsələdir"

Ramin Mehman-Pərəst: "Tehran danışıqlara hazırdır, lakin İranın nüvə proqramı ətrafında müzakirələr "bitmiş məsələdir"
# 07 aprel 2010 01:57 (UTC +04:00)
Bakı-APA. İran danışıqlara hazırdır, lakin müzakirələrin mövzusu yalnız 5+1 qrupuna təqdim edilmiş danışıqlar paketi çərçivəsində qalmalıdır. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehman-Pərəst deyib.

O bildirib ki, Tehran dünyanın qüdrətli dövlətləri danışıqlara hazırdır, lakin İranın nüvə proqramı ətrafında müzakirələr qapalı mövzudur.

Xatırladaq ki, 5+1 qrupuna BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ABŞ, Rusiya, Çin, Fransa və Britaniya, üstəgəl Almaniya daxildir.

İran Tehranın nüvə proqramına görə Birləşmiş Ştatlar və müttəfiqlərin nail olmaq istədiyi yeni sanksiyalar paketi ilə üzləşə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR