Bank Of Baku

İraqda 5 min ABŞ hərbçisi qalacaq

İraqda 5 min ABŞ hərbçisi qalacaq
# 10 noyabr 2011 21:59 (UTC +04:00)
Bakı-APA. Pentaqon 2011-ci il dekabrın 31-dən sonra İraqda təxmin 5 min nəfər hərbçi saxlayacaq. Bu barədə iraqlı mənbələrə istinadən Fransanın «Le Figaro» qəzeti yazıb.

«Qruplaşmanın sayı 4-5 min nəfər arasında olacaq. Onlara hərbi əməliyyatlarda iştirak etmək qadağan olunacaq», deyə iraqlı diplomat bildirib.

Oktyabr ayında ABŞ prezidenti Barak Obama bu ilin sonunadək İraqda bütün amerikalı hərbçiləri çıxaracağını bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR