Bank Of Baku

İranda 912 məhbus əfv olunub

İranda 912 məhbus əfv olunub
# 15 noyabr 2011 08:34 (UTC +04:00)
APA-nın İran KİV-nə istinadən verdiyi məlumata görə, İran Ali Məhkəməsinin sədri Sadiq Amoli Laricani “Qədir-xum” bayramı münasibətilə ali dini rəhbər Ayətullah Xamneyiyə müraciət edib. Müraciətdə Ali Məhkəmənin sədri ali liderdən 912 məhbusun əfv olunmasını xahiş edib.

Ə. Xamneyi səlahiyyətlərindən istifadə edərək, məhbusların əfv olunmasına dair fərman imzalayıb.

Əfv fərmanı siyasi, hərbi və mülki məhbuslara şamil olunub.

Qeyd edək ki, “Qədir-xum” Məhəmməd peyğəmbərin Həzrəti Əlini varis elan elədiyi günü kimi qeyd olunur. İranda və bəzi digər müsəlman ölkələrində həmin gün bayram sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR