Bank Of Baku

Ərəb Dövlətləri Liqası Suriyaya müşahidəçiləri 3 gündən sonra göndərəcək

Ərəb Dövlətləri Liqası Suriyaya müşahidəçiləri 3 gündən sonra göndərəcək
# 16 noyabr 2011 22:52 (UTC +04:00)
Bakı-APA. Ərəb Dövlətləri Liqası (ƏDL) artıq 3 gündən sonra Suriyaya müşahidəçilər göndərməyə hazırdır. Bu barədə «Əl Ərəbiyyə» telekanalı məlumat yayıb. Bunun üçün Dəməşq müşahidəçilərin fəaliyyət şərtləri barədə protokolu imzalamalıdır.

Suriyaya müşahidəçi göndərmək barədə qərar ƏDL tərəfindən noyabrın 14-də qəbul edilib. Təşkilatın baş katibi Nebil əl Ərəbinin Qahirədə ərəb qeyri-hökumət təşkilatları ilə keçirdiyi görüşdə aralarında hərbçilərin də olacağı «Həqiqətləri müəyyən etmə» komitəsinin 500 nəfərlik heyətinin Suriyaya göndərilməsi məsələsində razılığa gəlindiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR