Bank Of Baku

İsrailin müdafiə naziri: “İranın yerində olsaydım, mən də nüvə silahına malik olmaq istərdim”

İsrailin müdafiə naziri: “İranın yerində olsaydım, mən də nüvə silahına malik olmaq istərdim”
# 17 noyabr 2011 11:00 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “İranın yerində olsaydım, mən də nüvə silahına malik olmaq istərdim”. APA-nın məlumatına görə, bunu ABŞ-ın PBS televiziyasına müsahibəsində İsrailin müdafiə naziri Ehud Barak deyib. E. Barak xatırladıb ki, İran dövlətinin dörd min illik tarixi var: “Onlar ətraflarına baxıb qonşu ölkələrdən Rusiyada, Çində, Pakistanda nüvə silahının olduğunu görürlər və özləri də bu silaha sahib olmaq istəyirlər”.

İsrailin müdafiə naziri qeyd edib ki, İran nüvə silahına sahib olsa, Orta Şərqdə tamamilə fərqli bir vəziyyət yaranacaq: “Bu halda Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etməyə çalışacaq. Türklərin də nüvə silahı istehsalına başlayacağı qaçılmaz olacaq. Hətta gələcəkdə Misir hökuməti də bunu reallaşdıra bilər. Bu zaman nüvə silahının daha məsuliyyətsiz əllərə düşməsi təhlükəsi var”.

E. Baraka daha sonra ordu radiosuna açıqlamasında sözlərinə aydınlıq gətirib. O bildirib ki, müsahibəsində əslində demək istəyib ki, İranın nüvə proqramı yalnız İsrailə hücum üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR