Bank Of Baku

“Amnesty İnternational” İranla bağlı BMT Baş Assambleyasına müraciət edib

“Amnesty İnternational” İranla bağlı BMT Baş Assambleyasına müraciət edib
# 17 noyabr 2011 16:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) İranla bağlı BMT Baş Assambleyasına müraciət ünvanlayıb. APA-nın məlumatına görə, müraciətdə İranda insan hüquqlarının pozulması məsələsinin yenidən BMT Baş Assambleyasının gündəliyinə salınması xahiş olunur.

Məktubda 2005-ci ildən İran hökumətinin beynəlxalq təşkilatlarla əməkdaşlıqdan boyun qaçırdığı vurğulanaraq ölkədə insan haqları sahəsində vəziyyətin nəzarətdə saxlanılması və durumu yerində araşdırmaq üçün təftiş missiyası göndərilməsi xahiş edilib.

Qeyd edək ki, BMT baş katibi Pan Ki Mun öz hesabatında İranda təqib və təzyiqlərin, həbslərin, işgəncələrin davam etdiyini bildirib. BMT-nin İran üzrə xüsusi məruzəçisi Əhməd Şəhid isə son hesabatında ilin əvvəlindən sentyabr ayınadək bu ölkədə 500 nəfərin edam olunduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR