Bank Of Baku

İranda iki nəfər edam olunub

İranda iki nəfər edam olunub
# 18 noyabr 2011 01:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Noyabrın 17-də İranın Qum şəhərində iki nəfər edam olunub. APA-nın məlumatına görə, bu barədə Qum şəhərinin prokuroru məlumat verib.
Qeyd edək ki, adları açıqlanmayan hər iki şəxsi bir neçə ay öncə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunublar. Qum İnqilab Məhkəməsi onları narkotik maddələrin qanunsuz daşınmasında təqsirkar sayaraq edam cəzasına məhkum edib. Qum vilayətinin Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR