Bank Of Baku

ABŞ Kərkükdəki hərbi hava limanını İraq Hərbi Hava Qüvvələrinə təhvil verərkən insident baş verib

ABŞ Kərkükdəki hərbi hava limanını İraq Hərbi Hava Qüvvələrinə təhvil verərkən insident baş verib
# 18 noyabr 2011 15:14 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Amerika hərbi qüvvələrinin Kərkükdə baza kimi istifadə etdikləri Əl-Hurriyə hava limanını İraq Hərbi Hava Qüvvələrinə təhvil verdiyi vaxt insident baş verib. APA-nın məlumatına görə, təhvil-təslim mərasimində İraqın baş naziri Nuri Malikini təmsil edən Hüseyn Əl Əsədi, Quru Qoşunları komandanı Əli Geydan, 12-ci diviziya komandiri Semir Abdulkərim Casim və Əl Hurriyyə hərbi bazasının komandiri Şehap Cahit iştirak edib.
Mərasim zamanı əsgərlərlə polislər arasında gərginlik yaşanıb. Mərasim keçirilən yerə reaktiv mərminin atılması nəticəsində partlayış baş verib. Ölən və yaralanan olmayıb. Təhvil-təslim mərasimi başa çatdıqdan sonra bazada olan mətbuat işçiləri əsgərlər arasında insident baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR