Bank Of Baku

Azərbaycanlı jurnalistin azadlığı üçün imzatoplama kampaniyası başlayıb

Azərbaycanlı jurnalistin azadlığı üçün imzatoplama kampaniyası başlayıb
# 20 noyabr 2011 00:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda həbsə alınmış tanınmış azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Davud Xudakərəminin azadlığı üçün imzatoplama kampaniyası başlayıb.

APA-nın məlumatına görə, toplanılan imzalar beynəlxalq təşkilatlara ünvanlanacaq və həmin qurumlardan Davud Xudakərəmini azadlığa buraxması üçün İran hökumətinə təzyiq göstərməsi xahiş olunacaq.

Qeyd edək ki, azərbaycanlı fəal noyabrın 18-də səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Zəncan şəhərində küçədə tutularaq naməlum istiqamətdə aparılıb. Hazırda onun harada saxlanıldığı barədə heç bir məlumat yoxdur. Davud Xudakərəmi Zəncanda Azərbaycan və fars dillərində çıxan “Bayram” aylıq jurnalının əməkdaşıdır. Eyni zamanda azərbaycanlı jurnalist başqa qəzetlərlə də əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR