Bank Of Baku

Qahirədə bir nümayişçi həlak olub

Qahirədə bir nümayişçi həlak olub
# 20 noyabr 2011 01:48 (UTC +04:00)
Bakı-APA. Qahirədə hökumət əleyhinə keçirilən nümayişin iştirakçılarından ən azı bir nəfəri xəstəxanada aldığı güllə yaralarından keçinib. Bu barədə jurnalistlərə Misir səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd əş-Şərbini məlumat verib.

Daha bir yaralının vəziyyəti ağırdır.

Şənbə günü şəhərin Təhrir meydanında hakimiyyət hərbçilərdən alınaraq mülki şəxslərə verilməsini tələb edən nümayişçilərlə polis arasında şiddətli qarşıdurma baş verib.

Verilən məlumatlara görə, qarşıdurma nəticəsində 670-dən artıq insan yaralanıb, onların arasında 40-dan çox polis nəfəri var.

Təhlükəsizlik qüvvələri meydandan çəkiliblər. Hazırda Təhrir meydanı nümayişçilərin nəzarətindədir. Nümayişçilər meydanda barrikadalar qururlar.

Misir hökuməti nümayişçiləri aksiyaya son qoymağa və meydanı azad etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR