Bank Of Baku

ABŞ-ın Qırğızıstandakı “Manas” aviabazası 2014-ci ilə qədər fəaliyyət göstərəcək

ABŞ-ın Qırğızıstandakı  “Manas” aviabazası 2014-ci ilə qədər fəaliyyət göstərəcək
# 23 noyabr 2011 03:29 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Qırğızıstanda yerləşən “Manas” hərbi hava bazası iki ölkə arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq 2014-ci ilədək fəaliyyət göstərəcək.
APA-nın verdiyi xəbərə görə, bu barədə Qırğızıstan prezidenti Roza Otunbayeba deyib. O eyni zamanda bazanın mülki hava limanına transformasiya olunması ideyasını dəstəkləyib.
ABŞ-ın “Manas” hərbi hava bazası Bişkek beynəlxalq hava limanı ərazisində yerləşir və Amerikanın Əfqanıstandakı qoşunlarının təchizatı üçün istifadə olunur.
“Manas” hərbi hava bazasının icarə vaxtı 2014-cü ildə bitir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR