Bank Of Baku

AEBA: “İranda 27% zənginləşdirilmiş uran aşkar edilib”

AEBA: “İranda 27% zənginləşdirilmiş uran aşkar edilib”
# 25 may 2012 23:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran son üç ayda zənginləşdirilmiş uran ehtiyatını 145 kiloqrama çatdırıb. APA-nın məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı yaydığı hesabatında bildirilib. Sənəddə yazılıb ki, İranın zənginləşdirilmiş uran ehtiyatı 110 kq olduğu halda, son üç ayda 35 kq artıb. Hesabata görə, AEBA müfəttişləri “Fordo” yeraltı nüvə obyektində 27% zənginləşdirilmiş uranın izini aşkar ediblər.

O da bildirilib ki, İranın Parçin hərbi poliqonunun kosmosdan çəkilən şəkilləri bu obyektdə aktiv fəaliyyət olduğunu isbat edir.
Qeyd edək ki, nüvə silahının istehsalı üçün 90% zənginləşdirilmiş uran lazımdır. Bəzi Qərb diplomatları İranın Parçin hərbi poliqonunda nüvə silahı istehsal etmək üçün hazırlıq işləri gördüyünü iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR