Bank Of Baku

Səid Cəlili: “İranla “altılıq” ölkələri arasında keçirilən Bağdad görüşü yarımçıq qaldı”

Səid Cəlili: “İranla “altılıq” ölkələri arasında keçirilən Bağdad görüşü yarımçıq qaldı”
# 26 may 2012 07:50 (UTC +04:00)
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müzakirələrdə hər iki tərəf öz mövqeyini açıq və aydın şəkildə bəyan edib: “Bağdad görüşü yaxşı atmosferdə keçdi. Biz inanırıq ki, danışıqlar müxtəlif məsələlərdə anlaşma, sülh və təhlükəsizliyin əldə olunması üçün bir fürsətdir. Bu məqsədlə də müzakirələrdə iştirak edirik. Demokratiya və milli haqlara hörmət əsasında bir çox məsələlərlə bağlı danışıqlar aparmaq olar. Elə bu istiqamətdə irəli sürdüyümüz təkliflərdən biri Bəhreynlə əlaqədar idi. Qarşı tərəf də qeyri-nüvə mövzuları ilə bağlı 2 təklif irəli sürdü. Bunlar dəniz quldurluğu və narkotik maddələrə qarşı mübarizə idi. İran da bu iki məsələ ilə əlaqədar öz təkliflərini bildirdi”.

S. Cəlili əlavə edib ki, nüvə enerjisindən sülh məqsədləri üçün istifadə NPT protokoluna üzv bütün ölkələrin qanuni haqqıdır: “Bu ,təbii haqdır və buna hörmət edilməlidir. Əməkdaşlıq üçün müzakirələr yolu yalnız o zaman səmərəli ola bilər ki, maneələrə və təxribatçı hərəkətlərə yol verilməsin. Bu bizim üçün son dərəcə önəmli məsələdir. “Altılıq” ölkələri ilə danışıqlarımız başa çatmadı. İyunun 18-19-da Moskvada müzakirələrimizə davam edəcəyik. Bağdad görüşündə qərara alındı ki, qeyd olunan mövzularla əlaqədar ekspert qrupları lazımi araşdırmalar aparsın. Ümid edirik ki, yeganə doğru yol olan danışıqlarla gələcəkdə daha uğurlu müzakirələrin şahidi olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR