Bank Of Baku

Əli Əsgər Sultaniyə: “AEBA-nın hesabatı İranın nüvə proqramının sülh məqsədli olduğunu isbat edir”

Əli Əsgər Sultaniyə: “AEBA-nın hesabatı İranın nüvə proqramının sülh məqsədli olduğunu isbat edir”
# 26 may 2012 08:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.

Agentliyin İranın nüvə proqramı ilə bağlı hesabatına münasibət bildirən Sultaniyə bildirib ki, İranın AEBA ilə sıx əməkdaşlığı var: “Agentliyin 11 səhifəlik hesabatında İranın 16 nüvə mərkəzinin tam araşdırıldığı və Tehranın nüvə fəaliyyətinin tamamən sülh məqsədli olduğu yazılıb. Bu sənət göstərir ki, uranın zənginləşdirilməsi də daxil olmaqla nüvə texnologiyası sahəsində AEBA ilə tam əməkdaşlığımız var”.

Qeyd edək ki, AEBA-nın hesabatında o da yazılıb ki, İran son 3 ayda zənginləşdirilən uran ehtiyatını 145 kiloqrama qədər artırıb və agentlik müfəttişləri “Fordo” yeraltı nüvə obyektində 27% zənginləşdirilən uranın izini aşkar ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR