Bank Of Baku

İranda ötən il 430 ton narkotik maddə ələ keçirilib

İranda ötən il 430 ton narkotik maddə ələ keçirilib
# 26 may 2012 13:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 2011-ci ildə 430 ton narkotik maddə ələ keçirilib. APA-nın məlumatına görə, bu barədə İranın narkomaniyaya qarşı mübarizə üzrə polis idarəsinin rəhbəri general Əli Müayyədi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, narkotik maddələrin təxminən 12%-i xüsusi təlim görmüş itlər sayəsində ələ keçirilib: “Ötən il xüsusi hazırlıq keçən itlər 50 ton narkotik maddə aşkar edib”.

Qeyd edək ki, İranda narkotik maddələrin istifadəsi və satışı qadağandır. Narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslər edam cəzasına məhkum edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR