Bank Of Baku

Yaponiyanın “Tokyo-Mitsubishi UFJ” bankı İranla əməkdaşlığı bərpa edib

Yaponiyanın “Tokyo-Mitsubishi UFJ” bankı İranla əməkdaşlığı bərpa edib
# 26 may 2012 16:33 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Yaponiyanın ən böyük banklarından olan “Tokyo-Mitsubishi UFJ” İran şirkətləri ilə yenidən əməkdaşlığa başlayıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Tokyo-Mitsubishi UFJ” bankı açıqlama yayıb. Bildirilib ki, daha öncə Nyu-York məhkəməsinin qərarı ilə İran Mərkəzi Bankının və hökumətinin hesablarının dondurulması ilə bağlı qərar verən bank İranla əməkdaşlığı yenidən bərpa edib.

Qeyd edək ki, ABŞ-ın Nyu-York ştatının yerli məhkəməsi 1983-cü ildə Beyrutda ABŞ dəniz qüvvələrinə qarşı törədilən terror aktında İran xüsusi xidmət orqanlarını təqsirli bilərək, bu ölkənin hökumət və Mərkəzi Bankının hesablarının dondurulması ilə bağlı hökm çıxarıb. İran və Yaponiya arasındakı ticarət ödəmələrinin təxminən 80%-i bu bankda açılan hesablar vasitəsilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR