Bank Of Baku

İran XİN: “Altılıq” ölkələri ilə apardığımız müzakirələrdə irəli sürdüyümüz şərt uranı 20% həcmində zənginləşdirməkdir

İran XİN: “Altılıq” ölkələri ilə apardığımız müzakirələrdə irəli sürdüyümüz şərt uranı 20% həcmində zənginləşdirməkdir
# 28 may 2012 15:02 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran uranı 20% həcmində zənginləşdirməyə davam edir”. APA-nın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Tehranın “altılıq” ölkələrinə irəli sürdüyü əsas şərti açıqlayarkən deyib. O bildirib ki, nüvə proqramından İrana qarşı təzyiq üçün bir vasitə kimi istifadə edilir: “İranın nüvə fəaliyyəti bir neçə il əvvəl başlayıb. Halbuki, ölkəmizə qarşı sanksiyalar 30 ildir davam edir. İranın nüvə proqramı sülh məqsədi daşıyır və bunu “altılıq” ölkələri çox yaxşı bilir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatında nüvə fəaliyyətimizin hərbi məqsəd daşıması ilə bağlı heç bir məlumat yoxdur. “Altılıq” ölkələri ilə apardığımız müzakirələrdə irəli sürdüyümüz şərt uranı 20% zənginləşdirməyimizdir. Əgər Qərb ölkələri uranı 20 % zənginləşdirməyimizi sülh məqsədli qəbul etsələr və buna qarşı çıxmasalar müzakirələr üzərində düşünərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR