Bank Of Baku

İranda 39 azərbaycanlı fəal azadlığa buraxılıb

İranda 39 azərbaycanlı fəal azadlığa buraxılıb
# 28 may 2012 16:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda 5 nəfəri müvəqqəti olmaqla, 39 azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın məlumatına görə, mayın 25-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Meşkinşəhrdə həbs edilən 35 azərbaycanlı fəaldan 34 nəfəri azad edilib. Yalnız Aydın Zakir saxlanılıb.
İstintaq zamanı həbs edilənlərdən xarici ölkələrlə əlaqələri haqqında soruşulub. Ruzbeh Səadəti və Məhəmməd Əhədi 4 ay 6 gün ETTELAAT-da və Təbriz zindanında saxlanıldıqdan sonra 20 milyon tümən məbləğində zəmanətlə məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb. Digər 3 fəal - İbrahim Rəşidi, Mehrdad Kərəmi və Əfşin Şehbazi də eyni miqdarda zəmanətlə müvəqqəti azadlığa çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR