Bank Of Baku

ABŞ-ın Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutu: İran 5 atom bombası istehsal edə bilər

ABŞ-ın Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutu: İran 5 atom bombası istehsal edə bilər
# 29 may 2012 07:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ-ın Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutu (ISIS) İranın qısa müddətdə 5 atom bombası istehsal etmək imkanına malik olduğunu açıqlayıb. APA-nın məlumatına görə, təşkilatın yaydığı hesabatda İranın əlində 6,2 ton 3,5% zənginləşdirilmiş uran olduğu, bunun 750 kiloqramının da fevral ayından sonra əldə edildiyi bildirilir. Sənəddə həmçinin İranın son üç ayda uranın zənginləşdirilməsinin sürətini üç qat artdırdığı vurğulanır. ISIS 3,5% zənginləşdirilmiş uranın lazımi səviyyəyə qədər zənginləşdirilməsi nəticəsində 5 atom bombası istehsal etməyə imkan verdiyini bəyan edib.

Qeyd edək ki, nüvə silahının istehsalı üçün 90% zənginləşdirilmiş uran lazımdır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə proqramı ilə bağlı yaydığı hesabatında müfəttişlərinin “Fordo” yeraltı nüvə obyektində 27% zənginləşdirilmiş uranın izini aşkar etdiklərini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR