Bank Of Baku

İran Buşəhrdə daha iki atom elektrik stansiyası inşa edəcək

İran Buşəhrdə daha iki atom elektrik stansiyası inşa edəcək
# 29 may 2012 11:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın Buşəhr şəhərində daha iki atom elektrik stansiyası inşa ediləcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Feridun Abbasi bildirib.

Onun sözlərinə görə, Buşəhr Atom Elektrik Stansiyasının (AES) gücü 94 faizə çatıb və artıq 942 megavat elektrik istehsal edir: “Gələcəkdə Buşəhrdə hər biri 1000 megavat olan daha iki AES tikiləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR