Bank Of Baku

İranda 5 Azərbaycan vətəndaşı həbs olunub

İranda 5 Azərbaycan vətəndaşı həbs olunub
# 29 may 2012 20:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda 5 Azərbaycan vətəndaşı həbs olunub. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Gilan valisinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Qulamrza Rizvani bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları vilayət ərazisində tutulublar: “Cinayətkarlar hər yerdə ola bilər. Biz qonşu ölkələrlə qonşuluq prinsipləri ilə davranmaq istəyirik. Həbs olunan bu şəxslər narkotik qaçaqmalçılığı ilə məşğul olub və lazımi tədbirlər görüldükdən sonra saxlanılıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR