Bank Of Baku

BMT-nin İnsan Hüquqları Şurası Suriyaya dair iclas keçirəcək

BMT-nin İnsan Hüquqları Şurası Suriyaya dair iclas keçirəcək
# 30 may 2012 19:43 (UTC +04:00)
Bakı-APA. İyunun 2-də BMT-nin İnsan Hüquqları Şurası Suriyaya dair iclas keçirəcək.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, iclasda Suriyanın Xula şəhərində 108 adamın öldürülməsindən sonra bu ölkədəki vəziyyət müzakirə olunacaq.
Şuranın sədri Rolan Qomes deyib ki, iclasın çağırılması təşəbbüsü bir qrup ərəb dövlətləri, ABŞ və Avropa İttifaqına aiddir.
Qeyd edək ki, bir gün əvvəl bu dövlətlər, Türkiyə və Yaponiya Suriya diplomatlarının ölkədən çıxarılması barədə qərar veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR