Bank Of Baku

İsrailin müdafiə naziri: “İrana zərbə vurulması ilə bağlı qərarı biz özümüz qəbul edəcəyik”

İsrailin müdafiə naziri: “İrana zərbə vurulması ilə bağlı qərarı biz özümüz qəbul edəcəyik”
# 30 may 2012 20:29 (UTC +04:00)
Bakı-APA. İsrailin müdafiə naziri Ehud Barak bildirib ki, İrana zərbə vurulması və bunu nə vaxt həyata keçirəcəkləri barədə qərarı yəhudi dövləti özü qəbul edəcək.
APA-nın verdiyi xəbərə görə, bu məsələ ətrafında İsrailin ABŞ-la fikir ayrılığı var. Lakin Tel-Əvivin və Vaşinqtonun ortaq maraqlarının olduğunu nəzərə alsaq, ölkələr arasında xüsusi münasibətlər saxlanılacaq.
Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu Təl-Əviv Universitetində keçirilən konfransdakı çıxışında bildirib ki, dünya dövlətləri İranın nüvə silahının əldə etməsi məsələsində çox yumşaq davranırlar. O deyib ki, “aparılan müzakirələr İranın yalnız aşağı səviyyədə uranın zənginləşdirilməsi fəaliyyətinə son vermək istədiyini göstərir. Bu ölkə getdikcə nüvə silahı istehsal etməyə doğru irəliləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR