Bank Of Baku

İranda oğlanlar və qızlar üçün ayrıca ali təhsil müəssisələri açılıb

İranda oğlanlar və qızlar üçün ayrıca ali təhsil müəssisələri açılıb
# 31 may 2012 10:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda oğlanlar və qızlar üçün ayrıca ali təhsil müəssisələri açılıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Elm Nazirliyinin nümayəndəsi Qulaməli Nadiri bildirib ki, indiyədək ikisi paytaxt Tehranda olmaqla ölkədə 5 belə universitet açılıb və yaxında 15 şəhərdə də bənzər ali təhsil müəssisələri fəaliyyətə başlayacaq: “Bu universitetlərdən 4-ü qız, biri oğlanlar üçündür. Ölkə ərazisindəki bütün şəhər mərkəzlərində də ən azı bir universitet açılacaq”.

Qeyd edək ki, şəriət qaydaları ilə idarə olunan İranda qız və oğlanların ayrı-ayrı universitet və siniflərdə təhsil alması məsələsi ötən ilin yaz aylarında gündəmə gəlib. Həmin vaxt prezident Mahmud Əhmədinejad buna qarşı çıxaraq belə bir addımı nəticələri düşünülmədən səthi və elmilikdən uzaq bir cəhd kimi qiymətləndirib və nazirlikdən bu cür işlərin dayandırılmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR