Bank Of Baku

İranın nüvə obyektinin kosmosdan çəkilən yeni fotoları Tehranın nüvə silahı istehsal etməsinə dair şübhələri yenidən artırıb

İranın nüvə obyektinin kosmosdan çəkilən yeni fotoları Tehranın nüvə silahı  istehsal etməsinə dair şübhələri yenidən artırıb
# 31 may 2012 19:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ-ın Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutu (ISIS) İranın nüvə obyektinin kosmosdan çəkilən yeni fotolarını yayıb. APA-nın məlumatına görə, yeni fotolar Tehranın nüvə silahı istehsal etməsinə və istehsala aid dəlilləri yox etməsinə dair şübhələri yenidən artırıb. İranın nüvə obyektinin İSİS tərəfindən aprel ayında əvvəl çəkilən fotosunda əksini tapan və nüvə silahı istehsal edildiyi ehtimal olunan binaların yeni fotolarda tamamən uçurulduğu görünüb. İranın nüvə fəaliyyətini yaxından izləyən İSİS həmin binaların uçurulması üçün ağır texnikadan istifadə edildiyini və onların izlərinin çox aydın şəkildə göründüyü bildirilib.
Qeyd edək ki, daha öncə də İranın nüvə obyektində silah istehsalına dair dəlilləri yox etməsi ilə bağlı xəbərlər yayılmışdı. Lakin İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindəki (MAQATE) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bu iddiaları təkzib edərək, görüntüləri əsassız adlandırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR