Bank Of Baku

İranın sabiq prezidenti: «Facebook» tiranlığa qarşı çıxış edən bir xeyirdir

İranın sabiq prezidenti: «Facebook» tiranlığa qarşı çıxış edən bir xeyirdir
# 31 may 2012 23:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ “Facebook” tiranlığa qarşı çıxış edən və müstəqil fəaliyyətə kömək edən bir xeyirdir”. APA-nın məlumatına görə bunu İranın sabiq prezidenti, hazırda İran Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani deyib. O bildirib ki, “Facebook” səhifələri bir neçə televiziya və radiodan daha çox iş görə bilər: “ Bu sosial şəbəkə milyonlarla insana təsir edir. Yaxud da internetin özünü götürək. Mobil telefonla çəkilən bir videonu internetə yükləyirlər və bunu bütün dünya görür. Zənnimcə, bu əsl xeyirdir”.
Qeyd edək ki, İranda “Facebook”, “Twitter” və digər sosial şəbəkələrə, eləcə də “Youtube”, “Google” və bu ölkəni tənqid edən saytlara giriş bağlıdır. İran indiyədək 10 mln. internet saytına filtr qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR