Bank Of Baku

Suriyada 223 dustaq azad olunub

Suriyada 223 dustaq azad olunub
# 02 iyun 2012 07:33 (UTC +04:00)
Bakı – APA. Ötən gün Suriyada 223 nəfər dustaq azadlığa buraxılıb. BMT-nin nümayəndələrinin məlumatına əsasən, paytaxt Dəməşqdə 210 nəfər, cənubda yerləşən Dəraa şəhərində isə 13 nəfər azad olunub.

APA-nın xəbərinə görə, Suriyanın rəsmi telekanalları isə ötən gün ümumilikdə 500 nəfər dustağın azadlığa buraxıldığını bildirib. Lakin BMT rəsmiləri hazırda bu məlumatı dəqiqləşdirmək iqtidarında olmadıqlarını qeyd edirlər.

BMT və yerli hüquq müdafiəçilərinin məlumatlarına əsasən, hazırda Suriyada gizli həbsxanalarda 10-30 min dustaq saxlanılır.

Bununla yanaşı, dünən BMT-nin İnsan haqları üzrə Şurası Xula şəhərində baş vermiş hadisələrin müstəqil şəkildə araşdırılmasına dair qətnamə qəbul edib. Belə ki, mayın 25-də burada baş vermiş silahlı toqquşma nəticəsində etiraz aksiyasının 100 nəfər artıq iştirakçısı öldürülüb.

Xatırladaq ki, Suriyada hökumət qüvvələri ilə hakimiyyət əleyhdarları arasında toqquşmalar 2011-ci ilin mart ayından davam edir. Yerli hüquq müdafiəçilərinin məlumatlarına əsasən, ötən dövr ərzində ölkədə 13 mindən artıq insan qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR