Bank Of Baku

Səid Cəlili: “Nüvə müzakirələrində müsbət nəticə əldə edilməsi üçün yeni addımlar atıla bilər”

Səid Cəlili: “Nüvə müzakirələrində müsbət nəticə əldə edilməsi üçün yeni addımlar atıla bilər”
# 30 iyun 2012 16:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Avropa Birliyi İranla aparılan nüvə müzakirələrinə mənfi təsir edəcək addımlardan çəkinməlidir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştona göndərdiyi məktubunda yazıb.

O bildirib ki, İran Qərb ölkələrindən yaradıcı mövqe tutmalarını gözləyir: “Nüvə müzakirələrində müsbət nəticə əldə edilməsi üçün yeni addımlar atıla bilər. Əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan müzakirələr nəticə verə bilər. Danışıqlara mənfi təsir edəcək hər cür addıma görə qarşı tərəf məsuliyyət daşıyacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR