İran Əfqanıstana etiraz notası verib

İran Əfqanıstana etiraz notası verib
# 30 iyun 2012 23:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Əfqanıstana etiraz notası verib. APA-nın İRİB-ə istinadən məlumatına görə, buna səbəb Əfqanıstanın bəzi kütləvi informasiya vasitələrinin İranın Yəzd şəhərində iranlı gənc qızın bir əfqan tərəfindən qətlə yetirilməsinə dair dərc etdiyi xəbərlərə aydınlıq gətirməsi olub. Məsələ ilə bağlı Əfqanıstanın Tehrandakı müvəqqəti işlər vəkili Şahmurad Qal İran Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata Əfqanıstan hökuməti və səfirliyinin, bu ölkənin vətəndaşlarının məsuliyyətli hərəkət etməli olduğu, İran qanunlarına tabe olmaları və İranda üç milyondan çox əfqanın dinc şəraitdə yaşadığı xatırladılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR