İran neftin qiymətinin aşağı düşməsinə qarşı tədbir görülməsi məqsədilə OPEC-in fövqəladə yığıncağını çağırıb
01 iyul 2012 02:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran dünya bazarında neftin qiymətinin aşağı düşməsinə qarşı tədbir görülməsi məqsədilə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) fövqəladə yığıncağını çağırıb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İranın Neft Nazirliyi açıqlama yayıb. Xəbərdə bildirilir ki, OPEC-ə üzv ölkələrin son yığıncağında neftin barelinin 100 dolladan aşağı düşməsi vəziyyətində lazımi tədbirlər görmək üçün yenidən bir araya gəlmək qərarı alınıb: “İndiki durumda hasilatçı ölkələr kvota həddini aşmamalıdırlar. Çünki OPEC-ə üzv olan bütün ölkələr tarazlığın qorunması məsələsində razılığa gəliblər. Ona görə də öhdəliklər yerinə yetirilməlidir. Dünya bazarlarındakı neftin qiymətlərində sadəcə tələbə uyğun olaraq yay aylarında artma-azalma müşahidə olunmaqdadır”. Məlumatda gündəlik 30 milyon barel həcmində neft istehsalı kvotasına əməl ediləcəyi təqdirdə dünya bazarlarındakı qiymət tarazlığının təmin olunacağı vurğulanıb.
Asiya
Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqlayıb
12:29
18 may 2024
TSAXAL "İslami Cihad" qruplaşmasının rəhbərlərindən birini sıradan çıxarıb
11:29
18 may 2024
KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb
08:47
18 may 2024
Əfqanıstanda atışma nəticəsində üç ispan vətəndaşı ölüb
08:35
18 may 2024