İran uzaq, orta və yaxınmənzilli raketləri sınaqdan keçirəcək
02 iyul 2012 06:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İyulun 2-də İranda “Peyğəmbər Əzəm-7” adlı hərbi manevr keçiriləcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı, general Əmirəli Hacızadə bildirib. Onun sözlərinə görə, üç gün davam edəcək təlimdə uzaq, orta və yaxınmənzilli raketlər sınaqdan keçiriləcək: “Onlar İranın müxtəlif ərazilərindən xarici ölkələrdəki analoji bazalar fərz edilməklə əvvəlcədən təyin edilmiş səhradakı yüz müxtəlif hədəfi vuracaq”.
Ə. Hacızadə deyib ki, manevrdə “Qiyam” və bir il əvvəl İranın Müdafiə Nazirliyi tərəfindən istehsalına başlanılmış “Fars körfəzi” adlı raketlər ilk dəfə sınaqdan keçiriləcək. İranlı general manevrin son günündə bomba atmaq qabiliyyətinə malik pilotsuz təyyarələrin də vəzifə alacağını vurğulayıb.

Asiya
İrlandiya, Norveç və İspaniya səfirləri İsrail XİN-ə çağırılıb
13:45
22 may 2024
Xamenei Paşinyanı qəbul edib
13:08
22 may 2024
İsrail Norveç və İrlandiyadakı səfirlərini geri çağırır
11:02
22 may 2024
Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə polis arasında toqquşmalar davam edir - VİDEO
10:01
22 may 2024