Bank Of Baku

İran NATO-nun Türkiyədəki raket əleyhinə müdafiə sistemini vurmaq gücünə malik yerli ballistik raket istehsal edib

İran NATO-nun Türkiyədəki raket əleyhinə müdafiə sistemini vurmaq gücünə malik yerli ballistik raket istehsal edib
# 02 iyul 2012 10:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran yeni yerli ballistik raket istehsal edib. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı, general-mayor Əmirəli Hacızadə bildirib. Onun sözlərinə görə, yeni raket “Arm” adlanır: “NATO-nun Türkiyənin Malatya şəhərində quraşdırdığı və Bəsrə körfəzində qurmağı planlaşdırdığı raket əleyhinə müdafiə sistemi (RƏMS) artıq raketimizə qarşı müdafiəsizdir. Bu sistemlər qurulduğu ölkələrin təhlükəsizliyini təmin etməkdən çox, İsraili qorumaq məqsədi daşıyır. Bu səbəbdən biz də boş oturmadıq. İlk iş olaraq “Arm” adlı yerli ballistik raket istehsal etdik. Bu raketlər hava hücumundan müdafiə əleyhinə quraşdırılmış bütün növ raket əleyhinə müdafiə sistemlərini vurmaq gücünə malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR