İran parlamenti Hörmüz boğazının bağlanmasına dair qanun layihəsini müzakirə edəcək
03 iyul 2012 10:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Birliyinin Tehrana qarşı neft sanksiyalarına etiraz olaraq İran parlamentində Hörmüz boğazının qapadılmasına dair qanun layihəsi müzakirəyə çıxarılacaq. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü İbrahim Ağaməhəmmədi deyib. O bildirib ki, qanun layihəsində Avropaya neft daşıyan tankerlərin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək: “Bu layihə Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi neft sanksiyalarına bir cavabdır”.
Asiya
Helikopter qəzasında həlak olan İran Prezidenti və digərləri ilə Təbrizdə vida mərasimi keçirilir - VİDEO
10:36
21 may 2024
Türkiyədə zəlzələ baş verib
02:32
21 may 2024
Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
23:48
20 may 2024
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək - YENİLƏNİB
22:23
20 may 2024